ice berg

ice berg Programlar 15-11-2023, 16:16

Whatsapp-da çatları kənar şəxslərdən necə qoruyaq?

Whatsapp-da çatları kənar şəxslərdən necə qoruyaq?
Meta şirkəti Whatsapp üçün yeni təhlükəsizlik funksiyasını istifadəyə verməyə hazırlaşır.

Loading.aZ xarici KİV-ə istinadən xəbər verir ki, söhbət, Secret Code adlı funksiyadan gedir. Hal hazırda sözügedən funksiya messencerin Android üçün nəzərdə tutulmuş 2.23.24.20 nömrəli versiyasında test edilir. Secret Code adlı yeni təhlükəsizlik funksiyası istənilən çatı təhlükəsizlik kodu vasitəsilə bloklamağa imkan verəcək. Təhlükəsizlik kodu vasitəsilə bloklanmış çatlar ümumi çat siyahısında əks olunmayacaqlar. Onların ortaya çıxmaları üçün istifadəçi messencerin axtarış hissəsində təhlükəsizlik kodunu qeyd etməli olacaq. İstifadəçi bu cür çatın təhlükəsizlik kodunu unutmuş olsa, o, konfidensiallıq ayarları vasitəsilə həmin çatlar siyahısını təmizləyə biləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
444 394 361 369 432 411

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.