HASANLY

HASANLY İdman 16-11-2023, 14:43

“Zenit”in baş məşqçisi “Neftçi” ilə oyunu buraxacaq futbolçuların adlarını AÇIQLADI

“Zenit”in baş məşqçisi “Neftçi” ilə oyunu buraxacaq futbolçuların adlarını AÇIQLADI
Rusiyanın “Zenit” klubunun iki futbolçusu Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri yoldaşlıq oyununda meydana çıxmayacaq.

Bu barədə komandanın baş məşqçisi Sergey Semak açıqlamasında bildirib.

47 yaşlı mütəxəssis kolumbiyalı hücumçu Mateo Kassyerra və Aleksandr Yeroxinin zədə səbəbindən qarşılaşmada iştirak etməyəcəyini söyləyib:

“Bəzi futbolçular milli komandalara gedib, zədəlilər də var. Heyəti əvəzedici komandanın bəzi üzvləri ilə tamamlayacağıq. Oradan 5-6 nəfəri səfərə aparacağıq. Mario Fernandes ümumi qrupla məşqlərə qoşulur”.
Semak braziliyalı yarımmüdafiəçi Qustavo Mantuanın Bakıdakı görüşdə hücum xəttində çıxış edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 18-də reallaşacaq “Neftçi” - “Zenit” qarşılaşması saat 21:00-da başlayacaq.

Mənbə: “Sport-Express” nəşri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
265 332 323 245 365 306

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.