Jony Rusiyanın ən yaxşı müğənnisi seçildi
Rusiyada növbəti dəfə "Voice" jurnalının "Main Persons" mükafatlandırma mərasimi keçirilib.
Loading.aZ xəbər verir ki, Moskvada baş tutan gecədə müxtəlif sahədən olan məşhur insanlar mükafatlara layiq görülüblər.
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jony də (Cahid Hüseynli) gecənin mükafat alan qonaqları siyahısında olub. O, ilin ən yaxşı müğənnisi elan edilib. Joni-yə mükafatını "Artik & Asti" qrupunun solisti Sevillen (Sevil Vəliyeva - red.) təqdim edib.
Jony ilk dəfə deyil ki, Rusiyanın ən yaxşı sənətçisi seçilir. O, bir neçə dəfə "Heat Music Awards" və RU.TV Kanal Mükafatlarına görə "İlin Müğənnisi" olub. Eyni zamanda "Yeni Radio Mükafatları"na görə ilin artisti.