HASANLY

HASANLY İdman 18-11-2023, 13:29

AVRO-2024: Daha dörd komanda bu gün final mərhələsinə vəsiqəni təmin edə bilər

AVRO-2024: Daha dörd komanda bu gün final mərhələsinə vəsiqəni təmin edə bilər
AVRO-2024-ün seçmə mərhələsində bu gün IX tura yekun vurulacaq.

“Report”un məlumatına görə, daha üç qrupda ümumilikdə yeddi oyun keçiriləcək.

Dörd komanda son tur ərəfəsində final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. B qrupunda Niderland evdə İrlandiyadan üç xal alarsa, hədəfinə çatacaq.

D qrupunda Uels və Latviyanın qalibiyyəti təqdirində birincilər final mərhələsində iştirak hüququna yiyələnəcəklər.

İ qrupunda isə Rumıniya İsrailə uduzmasa, digər qarşılaşmaların nəticəsindən asılı olmayaraq, Rumıniya və İsveçrə Almaniyadakı qitə birinciliyinə bilet ala biləcəklər.

Qeyd edək ki, Fransa və Türkiyə final mərhələsinə vəsiqəni öncədən təmin ediblər.

AVRO-2024-ün seçmə mərhələsi

18 noyabr

B qrupu

23:45. Fransa - Cəbəllütariq

23:45. Niderland - İrlandiya
Xal durumu: Fransa - 18 xal, Niderland - 12, Yunanıstan - 12, İrlandiya - 6, Cəbəllütariq - 0

D qrupu

18:00. Ermənistan - Uels

21:00. Latviya - Xorvatiya

Xal durumu: Türkiyə - 16, Uels - 10, Xorvatiya - 10, Ermənistan - 7, Latviya - 3

İ qrupu

21:00. Belarus - Andorra

23:45. İsrail - Rumıniya

23:45. İsveçrə - Kosovo

Xal durumu: İsveçrə - 16, Rumıniya - 16, İsrail - 12, Kosovo - 10, Belarus - 6, Andorra - 2

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 331 319 313 321 326

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.