Təklik və tənhalıq
Dünya batıb yasa,geyinib qara
Layiqli insan yox,insan içində
Tapmıram sözünə sadiq birini
Yoxdur yaxşı insan ,dövran içində
Qəm yeyir ömrümü,bilirəm necə
Gündüzüm çevrilib olubdu gecə
İçimdə çəkirəm qəmi gizlicə
Bu canım əriyir qəhər içində
Gözlərim gördükcə saçım ağarır
Uzun olan ömrüm bir az qısalır
Bu canım həyatdan ,bezir usanır
Ömür badə gedir kədər içində
Sağımda yalandı,solumda yalan
Qəm oldu bizlərə dünyada qalan
Bu qoca bir ömrü eylədim talan
Tapmadım bir insan,insan içində
Layiqli insan yox,insan içində
Tapmıram sözünə sadiq birini
Yoxdur yaxşı insan ,dövran içində
Qəm yeyir ömrümü,bilirəm necə
Gündüzüm çevrilib olubdu gecə
İçimdə çəkirəm qəmi gizlicə
Bu canım əriyir qəhər içində
Gözlərim gördükcə saçım ağarır
Uzun olan ömrüm bir az qısalır
Bu canım həyatdan ,bezir usanır
Ömür badə gedir kədər içində
Sağımda yalandı,solumda yalan
Qəm oldu bizlərə dünyada qalan
Bu qoca bir ömrü eylədim talan
Tapmadım bir insan,insan içində






