ice berg

ice berg İdman 19-11-2023, 19:00

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb
Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatında medal qazanıb.

Loading.aZ xəbər verir ki, qitə birinciliyinin ikinci günündə mübarizəyə qoşulan 7 nəfərdən 1-i bürünc mükafata yiyələnib.

Bu, Məhərrəm İmamverdiyev (81 kq) olub. O, yarımfinalda məğlub olmasına baxmayaraq, üçüncü yer uğrunda görüşdə rəqibini üstələyib.
Südabə Ağayeva (70 kq), Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), İsmayıl Zamanov (90 kq), Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) isə uğursuzluqla üzləşiblər.

Qeyd edək ki, ilk gündə Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyeva (52 kq) bürünc medal qazanıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
306 311 290 303 268 306

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.