ice berg

ice berg İdman 24-11-2023, 14:00

Bu yarımmüdafiəçi “Fənərbaxça”dan gedir

Bu yarımmüdafiəçi “Fənərbaxça”dan gedir
Fənərbaxça”nın yarımmüdafiəçisi İrfan Kahveci karyerasını Rusiyada davam etdirə bilər.

Loading.aZ xarici mediaya istinadla xəbər verir ki, 28 yaşlı futbolçu ilə Moskvanın CSKA klubu maraqlanır.

Məlumata görə, ordu klubu Kahveci üçün 10 milyon avro ödəməyə hazırdır. Eyni zamanda Kanar adalarının yarımmüdafiəçisi ilə İspaniya komandaları da maraqlanır.

Transfermarkt internet portalı İrfan Kahvecini 7,5 milyon avro dəyərində qiymətləndirir. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm “Fənərbaxça”da bütün turnirlərdə 21 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə verib. Kahveci üç mövqedə oynaya bilər: mərkəz, sağ və mərkəz hücumameyilli yarımmüdafiəçi. İrfan Türkiyə millisində 30 oyun keçirməyi bacarıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
361 338 312 298 289 315

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.