HASANLY

HASANLY Xəbərlər 24-11-2023, 11:49

İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib

İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib
İsrail və Fələstinin radikal HƏMAS qruplaşması arasında dörd günlük humanitar atəşkəs səhər saat 7-də (Bakı vaxtı ilə 09:00) qüvvəyə minib.

Ehtimal olunur ki, HƏMAS silahlıları tərəfindən girov götürülmüş israillilərin birinci qrupunun azad edilməsi müqabilində yaxın vaxtlarda bir neçə fələstinli də İsrail həbsxanalarından azad olunacaq.

Bundan əvvəl bildirilmişdi ki, İsrail Fələstinin HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində 39 fələstinli məhbusu bu gün - noyabrın 24-də azad edəcək.
Qeyd edək ki, İsrail dörd günlük humanitar atəşkəsin sona çatmasının ardınca Qəzzada quru əməliyyatının davam edəcəyini bildirib. Ölkə anklavda hərbi problemləri həll etməyə davam edəcək və Fələstin hərəkatının potensialı məhv edilənə qədər dayanmayacaq.

Mənbə: TASS

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
291 346 286 350 326 345

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.