Malatyada zəlzələ oldu
Türkiyənin Malatya vilayətinin Akçadağ rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.
, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Bakı vaxtı ilə saat 04.18-də baş verib. 7 kilometr dərinlikdə qeydə alınan zəlzələ qısamüddətli çaxnaşmaya səbəb olub. İlkin məlumatlara görə, zəlzələdə heç bir dağıntı baş verməyib.
Qeyd edək ki, ötən həftə Malatyanın Battalqazi rayonunda da 5,2 və 4,7 bal gücündə zəlzələlər baş verib.