KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 1-12-2023, 17:00

Ötən il ən çox terror aktı qeydə alınan ölkələr açıqlandı

Ötən il ən çox terror aktı qeydə alınan ölkələr açıqlandı
ABŞ Dövlət Departamentinin cümə axşamı açıqladığı terrorizmlə mübarizəyə dair son illik hesabatında verilib.
Bu araşdırmada ətraflı göstərildiyi kimi, keçən il Amerika hökuməti müxtəlif ölkələrdə 7 min 342 terror hadisəsi qeydə alıb. Terror hadisələri 21 min 943 nəfərin ölümünə səbəb olub. Eyni zamanda 12 min 470 nəfər yaralanıb, daha 4 min 508 nəfər qaçırılıb.
“2022-ci ildə 7 min 342 terror hadisəsi baş verib ki, bu da 2021-ci illə müqayisədə 12% azalma deməkdir”, - ABŞ Xarici İşlər Nazirliyi məlumat verib. Həmçinin, məlumata görə, 2021-ci illə müqayisədə ölənlərin sayında 7 faiz, yaralananların sayında 27 faiz, qaçırılanların sayında isə 20 faiz azalma qeydə alınıb.
Dövlət Departamentinin nəticələrinə görə, ötən il dünyada baş verən terror aktlarının 84,9%-i üç regionda - Qərbi Asiya, Cənub-qərbi Afrikada və Cənubi Asiyada həyata keçirilib.
Hesabatda bildirilib ki, ötən il ən çox terror aktı Konqo Demokratik Respublikası, Suriya, Nigeriya, Pakistan, Hindistan, İraq, Yəmən, Myanma, Burkina Faso və Somalidə qeydə alınıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
329 282 291 284 287 298

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.