HASANLY

HASANLY Xəbərlər 1-12-2023, 15:01

Böyük Britaniya Almaniyanı Türkiyəyə “Typhoon” qırıcısı satmağa razı salacaq

Böyük Britaniya Almaniyanı Türkiyəyə “Typhoon” qırıcısı satmağa razı salacaq
Britaniya Almaniyanın Türkiyəyə 40 ədəd “Eurofighter Typhoon” qırıcısı satmağa razı salmağa kömək edəcək.

Bu barədə jurnalistlərə Türkiyə Müdafiə Nazirliyindəki mənbələr Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın ötən həftə Ankaraya səfərini şərh edərkən bildirib.

Bildirilir ki, Ankaranın “Eurofighter” təyyarələrini alması məsələsi Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə britaniyalı həmkarı arasında keçirilən görüşdə müzakirə olunub. Qrant Şapps türkiyəli naziri əmin edib ki, almanları təyyarəni satmağa razı salmağa kömək edəcəklər.

O da vurğulanıb ki, “F16”nın satın alınması və modernləşdirilməsi prosesi davam etdiyi üçün bu “Typhoon”lar İstanbulun diqqət mərkəzində olduğu yeganə təyyarədir.
Qeyd edək ki, Türkiyə 40 ədəd ən müasir versiyalı “Typhoon” qırıcısı almaq niyyətindədir (birinci mərhələdə 20, daha sonra isə yenə 20).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
316 267 287 256 301 316

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.