cabir

cabir Məşhurlar 1-12-2023, 20:00

Bahar Və Nihal Candan Bacilarınin Qaldığı Həbsxana Otağına Məşhurları Aldadan Şəxs Gətirildi

Bahar    Və    Nihal  Candan    Bacilarınin  Qaldığı    Həbsxana     Otağına      Məşhurları    Aldadan    Şəxs    Gətirildi
Türkiyədə "Cinayət təşkilatına üzv olmaq" və "Cinayətdən qaynaqlanan mal varlığının yuyulması" ittihamları üzrə həbs edilən sosial media fenomenləri Bahar Candan və Nihal Candan bacılarının qaldığı həbsxana kamerasına gündəmdə olan digər şəxs gətirilib.Ötən həftə Silivri həbsxanasında yerləşdirilən Bahar Candan və Nihal Candan bacılarının kamerasına son günlər fırıldaqçılıq cinayəti ilə tanınan bank işçisi Seçil Erzan da yerləşdirilib.Seçil Erzanın aralarında Fatih Terim, Buse Terim, Fatih Terimin kürəkəni Volkan Bahçekapılı, futbolçular Arda Turan, Ayhan Akman, Emre Belözoğlu, Semih Kaya, Hakan Ateş, Muslera, Selçuk İnan kimi adların
olduğu 18 nəfəri yüksək gəlir vədi ilə aldatdığı iddia edilir."Fatih Terim Fondu" adı altında futbol dünyasından bəzi adlara və iş adamlarına qarşı yüksək qazanc vədi ilə fırıldaqçılıq etdiyi iddiası ilə onun 226 ilə qədər həbsi tələb edilir. Hazırda həbs edilən bank işçisi Mərmərənin Silivri həbsxanasına transfer edilib və Bahar-Nihal bacılarının kamerasına aparılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
463 431 365 388 384 350

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.