KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 3-12-2023, 09:00

ABŞ-də Olimpiya çempionu Kapitoliyə hücuma görə cəza aldı

ABŞ-də Olimpiya çempionu Kapitoliyə hücuma görə cəza aldı
Üzgüçülük üzrə ikiqat olimpiya çempionu, amerikalı Klit Keller ABŞ-dəki Kapitoliyə (ABŞ Konqres Binası nəzərdə tutulur) hücumla bağlı iğtişaşlarında iştirak etməkdə təqsirli bilinib.
Məlumata görə, idmançı binaya hücum etdiyi üçün 3 il şərti cəza alıb. O, həmçinin 6 ay ev dustaqlığı və 360 saat ictimai işlər cəzasına məhkum edilib.
Keller 13 yanvar 2021-ci ildə Kapitoliyə hücum edənlər arasında müşahidə edilib. Ancaq Kellerin heç bir aqressivlik nümayiş etdirmədiyi bildirilib.
Qeyd edək ki, ABŞ-də Kapitoli binasına hücum yanvarın 6-da sabiq prezident Donald Tramp tərəfdarlarının mitinqi zamanı baş verib. Mitinqlər polislə toqquşmaya səbəb olub.
Xatırladaq ki, Keller ikiqat Olimpiya çempionu olmaqla yanaşı, eyni zamanda ikiqat dünya çempionudur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
287 279 260 246 281 241

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.