KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 3-12-2023, 11:00

Bakı məktəblərində dezinfeksiya işlərinə başlandı

Bakı məktəblərində dezinfeksiya işlərinə başlandı
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib. Qeyd edilib ki, paytaxt məktəblərində şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması ilə əlaqədar müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Qeyd edək ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib.
Səhhətində narahatlıq müşahidə edilən məktəblilərin valideynləri ilə əlaqə saxlanılır, vəziyyətə uyğun tədbirlərin görülməsi təmin edilir.
“Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”, - məlumatda qeyd edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
333 309 253 306 324 311

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.