KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 3-12-2023, 13:00

Putin Rusiya ordusunun sayını 170 min nəfər artırdı

Putin Rusiya ordusunun sayını 170 min nəfər artırdı
Putin bu barədə fərman imzalayıb. Beləliklə, Rusiyada silahlı qüvvələrin ümumi heyəti 2 milyon 209 mini keçib (2 milyon 209 min 130 nəfər). Kremlin saytında dərc olunan fərmana əsasən, onlardan 1 milyon 320 mininin əsgər olduğu bildirilib. Qərar imzalandığı gündən qüvvəyə minib.
Putinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minən əvvəlki fərmanına əsasən, Rusiya ordusunda şəxsi heyətin sayı 1 milyon 150 min 628 əsgər olmaqla 2 milyon 39 min 758 nəfərdən ibarət olub.
Belə ki, əvvəlki fərmana əsasən, hərbçilərin sayında 169 min 372 nəfər artım olub, digər şəxsi heyətin sayında isə artım olmayıb.
Rusiya Müdafiə Nazirliyi isə bəyanat yayaraq, şəxsi heyətin müqaviləli əsgərlər hesabına mərhələli şəkildə artırılacağını və bununla əlaqədar səfərbərliyin planlaşdırılmadığını açıqlayıb.
Bəyanatda Rusiya ordusunun sayının artmasının Ukraynada “xüsusi hərbi əməliyyat” keçirilməsi və NATO-nun davam edən genişləndirilməsi ilə əlaqədar Rusiyaya qarşı təhdidlərin artması ilə bağlı olduğu qeyd edilib.
“Mövcud şəraitdə silahlı qüvvələrin döyüş qabiliyyətinin və sayının əlavə olaraq artırılması NATO blokunun təcavüzkar fəaliyyətinə adekvat cavabdır”, - Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Qeyd edək ki, 1996-cı ildən orduda və digər qoşunlarda hərbi qulluqçuların sayı prezidentin sərəncamları ilə müəyyən edilir. 1997-ci ildən bəri ümumilikdə doqquz belə fərman imzalanıb. Vladimir Putinin hazırkı fərmanı sayca onuncudur
.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
266 259 249 247 265 248

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.