KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 3-12-2023, 15:00

Qəzzada bu günə qədər 6500 itkin var

Qəzzada bu günə qədər 6500 itkin var
Qəzza Media Ofisinin baş direktoru İsmayıl əs-Səvabitə təşkil etdiyi mətbuat konfransında məlumat verib.
İsrailin heç bir hədəfi nəzərə almadan hücumlarını davam etdirdiyini vurğulayan Səvabitə hər gün İsrailin hücumlarında onlarla insanın öldüyünü və yaralandığını xatırladıb.
Oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına etdiyi hücumlarda təxminən 6500 nəfərin ya dağıntılar altında qaldığını, ya da itkin düşdüyünü bildirən Səvabitə Qəzzaya edilən hücumlarda ABŞ və İsraili ittiham edib.
Qeyd edək ki, İsrail və HƏMAS arasındakı münaqişələrdə 4 günlük müvəqqəti atəşkəslə bağlı razılaşma 24 noyabr cümə günü saat 09.00-da qüvvəyə minib. Daha sonra atəşkəs daha 3 gün də uzadılıb. İsrail və HƏMAS arasında əldə olunan məhbus mübadiləsi razılaşması çərçivəsində Qəzza zolağından 81 israilli, İsrail həbsxanalarından isı 240 fələstinli məhbus azad edilib.
İsrail ordusu dekabrın 1-də müvəqqəti atəşkəs başa çatdıqdan sonra Qəzza zolağına hücumlarını bərpa edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
330 334 337 314 252 288

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.