III Çarlz yunan qalmaqalı fonunda bayraq rəngli qalstuk taxdı –
Böyük Britaniya kralı III Çarlz BMT-nin Dubayda keçirilən iqlimlə bağlı “COP28” konfransında Yunanıstan bayrağının rənglərinə və simvollarına bənzəyən mavi və ağ rəngli qalstuk taxıb.
Loading.aZ xəbər verir ki, bu barədə Amerikanın “Bloomberg” agentliyi məlumat yayb. Agentlik hadisənin Britaniya Muzeyindəki Parfenon heykəlləri ilə bağlı ölkələr arasında diplomatik qalmaqal fonunda baş verdiyini vurğulayıb. Lakin kralın xarici görünüşü ilə hər hansı açıqlama verməyə çalışıb-çalışmadığı aydın deyil.
“Əlahəzrətin bu gün taxdığı qalstuk sadəcə olaraq onun hazırkı kolleksiyasından biridir”, - Bukingem Sarayının nümayəndəsi bildirib.
Tədbirdə sözügedən qalstukda çıxış edən monarx daha sonra Böyük Britaniyanın baş naziri Rişi Sunakla görüşüb.
Qeyd edək ki, haqında söhbət gedən qalmaqal noyabrın sonunda baş verib. Briyaniya Baş naziri Rişi Sunak son anda Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə planlaşdırılan görüşünü ləğv edib. Buna səbəb Mitsotakisin Britaniya Muzeyindəki Parfenon heykəllərinin Yunanıstana qaytarılmasının zəruriliyini bəyan etmək cəhdi olub.
Xatırladaq ki, 2021-ci ildə də Yunanıstanın Baş naziri UNESCO-nun yaradılmasının 75-ci ildönümündə çıxış edərək, Böyük Britaniyadan 19-cu əsrdə ölkədən aparılmış Parfenon heykəllərinin Yunanıstana qaytarılmasını tələb edib.