Nəfəs

Nəfəs Aforizm 7-12-2023, 21:00

"fikir"

"fikir"
Beynimiz qəbul eləyə bilsin deyə gərək əvvəl ürəyimizlə inanaq. (Vilyam Ceyms)
Bir yerə girməzdən əvvəl oradan necə çıxacağını düşün. (Sədi Şirazi)
Bizə könlümüz ağlımızdan daha yaxındır. (İohann Volfqanq Göte)
Cəsur fikirlər ön cəbhədəki piyadalar kimidir, onlar ölür, amma qələbəni təmin edirlər. (İohann Volfqanq Göte)
Çox şeyi demək istəyən öz fikirlərini qısa ifadə etməlidir. (Norbert Hinske)
Dənizdən də böyük olub onu ehtiva etmək, onu içinə almaq, içində əritmək, o tayı görmək istəyi – bir cür duyğudur, dənizdə ərimək, itmək, onun damlası olmaq istəyi – başqa cür duyğudur. Hərəsinin öz gözəlliyi var. (Əbu Turxan)
Dolu başa nəyi isə danışmağın xeyri yoxdur; o daha heç kimi dinləməyəcəkdir. (Əbu Turxan)
Düşüncə də məşq tələb edir. Düşünməyə-düşünməyə insan düşüncəsizləşir. (Əbu Turxan)
Düşündüyünü həmişə deməyə borclu deyilsən, ancaq borcundur ki, dediyini hər vaxt düşünəsən. (Mişel de Monten)
Düşünməmək üçün o qədər şeylər düşünülüb ki... (K.Çapek)
Duyğu uzaq məsafələrə ancaq fikrin qanadlarında gedə bilir. (Əbu Turxan)
Ən geniş yayılmış inam – əqlə inamdır. (Əbu Turxan)
Ən müxtəlif fikirlər halqalar kimi bir-birinə calanır və tamlıq yaradır: bir də görürsən, biz özümüz də özümüz yaratdığımız bu dünyaya düşmüş oluruq. (Emerson)
Əqlin qüdrəti fikrin müəyyən istiqamətdə sürəkliliyində özünü göstərir. (İsaak Nyuton)
Əqlin səsi gur deyil, ancaq inadkardır və eşidilməyənəcən də susmaz. (Ziqmund Freyd)
Fikir – uzun gecənin qaranlığında ani bir parıltıdır. Amma bu parıltı hər şeydir. (Puankare)
Fikir cəmiyyətə çıxan kimi sahibini unudur: kim onu daha yaxşı mənimsəyərsə, – onun olur. (Əbu Turxan)
Fikir cövhərini odda yapmasan,
Soyuq düşüncədən şəfqət sönəcək.
Sevgi atəşinə hikmət qatmasan,
Kərəmlər yanaraq külə dönəcək. (Əbu Turxan)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 588 549 504 520 489

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.