HASANLY

HASANLY Xəbərlər 8-12-2023, 16:22

Mustafa Abbasbəyli: “Lazımi kadrlar tapılmır”

Mustafa Abbasbəyli: “Lazımi kadrlar tapılmır”
Azərbaycanda lazımi kadrların tapılmaması hallarına rast gəlinir.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu gün Bakıda keçirilən 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisində bildirib.

“Əsas məşğulluq tədbirimiz peşə hazırlığıdır. Bu məsələdə də əsas prioritet istiqamətlərindən məhz istehsalla məşğul olan sahibkarlarımızın tələbələrinə cavab verən peşə sahiblərinin hazırlanmasıdır. Bu ilin 10 ayında 9 235 nəfər peşə hazırlığı keçib”, - deyə o qeyd edib.
M.Abbasbəylinin sözlərinə görə, agentlik gələn il işəgötürənlərlə əməkdaşlığı daha da genişləndirəcək.

1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi Bakı İdman Sarayında işə başlayıb. Sərginin əsas məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
292 286 302 352 280 320

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.