HASANLY

HASANLY İdman 8-12-2023, 22:22

Premyer Liqa: “Qarabağ” “Sumqayıt”ı səfərdə darmadağın edib

Premyer Liqa: “Qarabağ” “Sumqayıt”ı səfərdə darmadağın edib
Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Loading.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, açılış oyunu Sumqayıtda keçirilib.

Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib. Görüş son çempionun böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:1.

Qarşılaşmada hesabı 21-ci dəqiqədə Leandro Andrade açıb. 29-cu dəqiqədə çempionatın bombardiri Juninyo Olavio qol sayını artırıb. Cəmi 4 dəqiqə sonra bu dəfə Abdullah Zubir adını tabloya yazdırıb. İlk hissədə 3 dəfə mərkəzə dəvət edilən “gənclik şəhəri” təmsilçisi fasilə ərəfəsində Erik Sorqanın (43-cü dəqiqə) qolu sayəsində fərqi azaldıb.

Buna baxmayaraq, “Qarabağ” ikinci hissədə də üstünlüyünü davam etdirib. 58-ci dəqiqədə Yassin Benzia baxımlı qola imza atıb. 73-cü dəqiqədə Andrade dublunu rəsmiləşdirib. Matçda son nöqtəni isə 86-cı dəqiqədə Hamidu Keyta qoyub.

“Sumqayıt”ı səfərdə darmadağın edərək xallarının sayını 35-ə çatdıran “Qarabağ” liderliyini bir qədər də möhkəmlədib. “Kimyaçılar” isə 23 xalla üçüncü pillədə qalıb.

Qeyd edək ki, turun digər oyunları dekabrın 9-10-da keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
393 343 361 302 349 386

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.