ice berg

ice berg İdman 9-12-2023, 13:00

Boks üzrə Azərbaycan çempionatında bütün mükafatçılar bəlli oldu

Boks üzrə Azərbaycan çempionatında bütün mükafatçılar bəlli oldu


Kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən loading.Az"a verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 41 komandanın 167 boksçusu qüvvəsini sınayıb.

Altı gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri, Boks Federasiyasının prezidenti Sahil Babayev, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Dövlət Gömrük Komitəsinin sədri, Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və digər federasiyaların rəsmiləri izləyiblər.

Görüşlərdən öncə bədii və rəsmi hissə keçirilib. Dövlət Himni səsləndikdən sonra finalçıların paradı olub.

Sonra çıxış edən Sahil Babayev bildirib ki, bu gün Azərbaycan boksçuları üçün əlamətdar gündür. O, regionların ölkə çempionatına çox aktiv qoşulduğunu, 41 komandandan 14-ün bölgələri təmsil etdiyini deyib.

Federasiya prezidenti boksun ölkənin hər bir yerində, xüsusilə regionlarda yayılmasını ana hədəf kimi dəyərləndirib: “Bu il boksçularımız üçün yaddaqalan olub. 22 yaşadək boksçularımız və məktəblilərimiz Avropa çempionatlarında medal sayında rekord vurublar. Aynur Rzayeva dünya çempionatında medal qazanan ilk qadın boksçu kimi tarixə düşüb. Ümumilikdə, beynəlxalq yarışlarda 150-dən çox medal qazanılıb. Onun 14-ü dünya və Avropa çempionatlarında əldə edilib”.

Maddi-texniki bazanın da gücləndirildiyini deyən Sahil Babayev Sumqayıtda Boks Mərkəzinin istifadəyə verildiyini xatırladıb və tezliklə Lənkəranda Regionlar Boks Mərkəzində təmir işlərinin yekunlaşacağını deyib. O, il ərzində məşqçilər üçün seminarlar təşkil edildiyini və hakimlərin beynəlxalq ulduzlarını artırdıqlarını bildirib. S.Babayev əsas hədəfin isə “Paris-2024” Yay Olimpiya Oyunları olduğunu vurğulayıb: “İlk yarışda 2 lisenziya əldə etmişik. Daha 2 təsnifat turnirində vəsiqələrin sayının artacağına inanırıq”.

Gənclər və idman naziri Fərid Qayıbov boksda kifayət qədər uğurların olduğunu deyib. O, Azərbaycan çempionatında iştirakçı sayında rekordun qeydə alınmasını nailiyyət adlandırıb: “Ən böyük uğurumuz isə Olimpiya Oyunlarına qazandığımız lisenziyalardır. İnanıram ki, bu say artacaq və növbəti ildə boksçularımızın uğurlarını izləyəcəyik. Bunun üçün dövlətin, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi dəstəyi var”.

Daha sonra Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. Qonaqlar 63,5 kq və 67 kq çəki dərəcələrində ilk 3 yerin sahiblərini mükafatlandırıblar.

Həlledici döyüşlərdə qalib gələn Həsən Məlikov, Məsud Yusifzadə, Amin Məmmədzadə, Şamil Əsgərov, Maqsud Xasmetov, Tayfur Əliyev, Nəbi İsgəndərov, Sərxan Əliyev, Kamran Şahsuvarlı, Fəqan Məmmədov, Seyid Seyidov, Rauf Rəhimov və Yohanes Nuriyev çempion tituluna sahib olublar.

Komanda hesabında “Neftçi” İdman Klubu 55 xalla birinci yeri tutub. İkinci pilləyə MİK (36) yiyələnib, “üçlüy”ü “Qızıl əlcək” (31) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Seyid Seyidov layiq görülüb. Elxan Quliyev ən yaxşı hakim, Rəhim Allahverdiyev isə ən yaxşı məşqçi adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan çempionatı

Finallar

48 kiloqram

Tural Sarıyev (“Neftçi” İK) – Həsən Məlikov (“Neftçi” İK) – 2:3

51 kiloqram

Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK) – Məsud Yusifzadə (BFL) – birinci döyüşə gəlməyib

54 kiloqram

Ruslan Qədirov (MİK) – Amin Məmmədzadə (“Qızıl əlcək” İK) – 0:5

57 kiloqram

Şamil Əsgərov (“Neftçi” İK) – Ümid Rüstəmov (DİN İC) – 3:2

60 kiloqram

Maqsud Xasmetov (“Neftçi” İK) – Elbrus Adıgözəlov (“Qəbələ” İK) – 5:0

63,5 kiloqram

Malik Həsənov (“Neftçi” İK) – Tayfur Əliyev (MİK) – 0:5

67 kiloqram

Nəbi İsgəndərov (“Neftçi” İK) – Cavid Çələbiyev (“Qızıl əlcək” İK) – 3:2

71 kiloqram

Mirşərif Kazımzadə (“Neftçi” İK) – Sərxan Əliyev (MİK) – 0:5

75 kiloqram

Rasim Çobanlı (MİK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 0:5

80 kiloqram

Fəqan Məmmədov (AzTU) – Sərxan Budaqov (“Qızıl əlcək” İK) – 5:0

86 kiloqram

Seyid Seyidov (“Qızıl əlcək” İK) – Eldar Quliyev (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib

92 kiloqram

Rauf Rəhimov (“Neftçi” İK) – Tural Həsənov (“Qızıl əlcək” İK) – 4:1

+92 kiloqram

Pərviz Rəsulov (“Zərbə” BK) – Yohanes Nuriyev (MİK) – ikinci tam üstünlüklə qalib gəlib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
418 463 446 430 365 359

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.