reklam
"Lada"nın bu modelinin istehsalı dayandırıldı - SƏBƏB "Lada"nın bu modelinin istehsalı dayandırıldı - SƏBƏB https://take.az/uploads/posts/2023-12/thumbs/1702151000_1709550.jpg
ice berg

ice berg Avto Dünya 10-12-2023, 13:00

"Lada"nın bu modelinin istehsalı dayandırıldı - SƏBƏB

"Lada"nın bu modelinin istehsalı dayandırıldı - SƏBƏB
Rusiyanın avtomobil istehsalçısı "AvtoVAZ" "Lada Granta Cross" modelinin istehsalını komponentlərin çatışmazlığı səbəbindən dayandırıb. Loading.aZ bildirir ki, bu barədə "Avtograd News" ictimai səhifəsi məlumat yayıb.

"AvtoVAZ", komponent çatışmazlığı səbəbindən dekabrın 8-dən qeyri-müəyyən müddətə "Granta Cross" avtomobillərinin istehsalını müvəqqəti dayandırıb. Məlumata əsasən, lazımi komponentlər gəldikdən sonra montaj davam etdiriləcək, ancaq vaxt çərçivəsi hələlik məlum deyil.

Cross avtomobili standart "Lada Granta"dan davamlı plastikdən hazırlanmış kuzov dəstinin olması ilə fərqlənir.

Avtomobil 90 və 106 at gücünə malik 1,6 litrlik benzin mühərriki ilə təchiz edilib. Sürət qutusu beş pilləli mexaniki sürət qutusudur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
91 82 105 71 107 112

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.