ice berg

ice berg Avto Dünya 11-12-2023, 18:00

Katalizatorun çıxarılması yanacaq sərfini azaldırmı?

Katalizatorun çıxarılması yanacaq sərfini azaldırmı?
Artıq havalar soyuduğu üçün avtomobillərdə yanacaq sərfiyyatı da artıb və hamı daha qənaətlə sürməyin yollarını axtarır.

Son illərdə bəzi vicdansız və savadsız ustalar qənaət üçün katalizatoru söküb çıxarmağı məsləhət görürlər. bəs bunun faydası olurmu?

Nəzəri olaraq qazlar mühərrikdən çıxarkən az maneəyə rast gəlirdə sərfiyyat azalır. Praktik olaraq vəziyyət bir qədər fərqlidir: katalizator və ya səsboğan dolubsa, sərfiyyat birmənalı şəkildə artır. Həm də havanın temperaturundan asılı olmadan.

Dolmuş katalizatoru çıxardıqda isə başqa problem yaranır. Köhnə mühərrikləri katalizatorsuz rejimə kalibrləmək mümkün olduğu halda son modellərdə bunu uğurla etmək mümkün deyil. Tam əksinə, mühərrikin elektron idarəetmə sistemində problem yaranacağı üçün sürücü katalizatordan və ya yanacaqdan qənaət etdiyi pulları başqa istiqamətdə xərcləyəcək. Buna görə də ən doğru seçim avtomobilis az saxlamaq və normal sürətlə hərəkət etməkdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
407 369 406 328 306 331

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.