ice berg

ice berg Sağlamlıq 13-12-2023, 16:00

D vitaminin qəbulu xərçəng riskini azaldır? – Həkimlər danışdı

D vitaminin qəbulu xərçəng riskini azaldır? – Həkimlər danışdı

Alimlər uzun illərdir ki, D vitamini qəbulu ilə xərçəng arasındakı əlaqəni araşdırıblar.

Loading.aZ xəbər verir ki, D₃ çatışmazlığının xüsusilə xərçəng xəstələri arasında yayğın olduğu aşkar edilib.

Tədqiqatçılar D₃-nin antitümör təsirini və onun qanda səviyyəsi ilə xərçəngin müəyyən növlərinin tezliyi arasında birbaşa əlaqənin olduğunu sübut edən çoxlu məlumatlar toplaya biliblər.

Məsələn, italyan tədqiqatçıları müəyyən ediblər ki, qanında kifayət qədər D₃ səviyyəsi olan qadınların döş xərçənginə tutulma ehtimalı daha azdır. Amerika alimləri isə sübut ediblər ki, D vitamininin sintetik analoqu - EB1089 prostat vəzinin adenokarsinoma hüceyrələrini inhibə edir və yatırır.

2018-ci ildə aparılan elmi araşdırmalar göstərir ki, D₃ xərçəngə tutulma hallarının azaldılmasına heç bir təsir göstərmir. Ancaq xərçəngə tutulma riskini azaldır. Tədqiqatlar müəyyən edib ki, D vitamini qəbul etmək obez insanlarda inkişaf etmiş xərçəngə tutulma riskini 17%, artıq çəkisi olmayanlarda isə 38%-ə qədər azaldır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 353 320 314 337 273

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.