HASANLY

HASANLY Xəbərlər 14-12-2023, 14:32

Ermənistan sərhədlərin delimitasiyası komissiyasının reqlamentini təsdiqləyib

Ermənistan sərhədlərin delimitasiyası komissiyasının reqlamentini təsdiqləyib
Rəsmi İrəvan bu gün keçirilən iclasda sərhədlərinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyasının iş reqlamentini təsdiqləyib.

Ermənistan mediasının məlumatına görə, bu barədə baş nazirin müavini və ölkəsinin delimitasiyası komissiyasının rəhbəri Mher Qriqoryan bildirib.

Onun sözlərinə görə, hazırkı sənəd texniki xarakter daşıyır və görüşlərin, işlərin təşkili proseduruna aiddir.

“Növbəti mərhələdə biz başqa, daha dolğun reqlament hazırlamalıyıq. Orada prosesin metodologiyası təqdim ediləcək, “xəritə” və “hüquqi sənəd” anlayışları müəyyənləşdiriləcək. Hesab edirəm ki, metodologiyanı razılaşdırdıqdan sonra konkret sənədlər və topoqrafik xəritələr üzərində işləməyə davam edəcəyik”, - deyə Ermənistan baş nazirinin müavini bildirib.
Nazir müavini bildirib ki, bundan sonra tərəflər sənədləri bir-birinə təqdim etməyə, onları dəyərləndirməyə və fikir mübadiləsi aparmağa başlayacaqlar.

Onun sözlərinə görə, hazırkı sənəd hər iki ölkədə təsdiqləndikdən sonra dərc olunacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
303 270 274 310 287 268

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.