HASANLY

HASANLY Xəbərlər 14-12-2023, 14:40

Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir

Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir
“Füzuli rayonundan keçərək Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir”.

Loading.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin Regional turizmin idarə edilməsi sektorunun müdiri Elgün Cavadov Ağdam rayonunda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda keçirilən elmi-praktiki konfransda bildirib.

Onun sözlərinə görə, bununla bağlı konseptual layihə icra olunur:

“Burada əsas məqsədimiz Zəfər yolu üzərində infrastruktur yaratmaqdır. Orada turistlərin dayanma, dincəlmə müddətlərini müəyyənləşdirmək, iaşə obyektlərinin yaradılması nəzərdə tutulub”.
O qeyd edib ki, növbəti illərdə bu turizm marşrutu üzrə işlərin aparılması gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
336 292 314 286 255 268

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.