ice berg

ice berg İslam Dini 16-12-2023, 17:00

Bir şəxsin alnında səcdə yerinin (möhürün) iz qoyması nəyi isə ifadə edirmi?

Bir şəxsin alnında səcdə yerinin (möhürün) iz qoyması nəyi isə ifadə edirmi?
Cəfəri məzhəbinə görə səcdənin torpaq, qum, daş, kərpic, ağac üzərinə, eləcə də yerdən çıxan, yeyilməyən və geyilməyən hər şey üzərinə edilməsi düzgündür. Rahatlıq naminə torpaqdan və adətən müqəddəs məkanların (Kərbəla, Nəcəf) torpağından hazırlanmış möhürün üzərinə səcdə edilir. Namazda səcdələri çox uzatmaq müstəhəb əməllərdən sayılır. Buna görə çox namaz qılan və uzun səcdə edən şəxslərin alnında bəzən möhürün və ya səcdə yerinin izi qalır. Hələ qədim dövrlərdə bəzi şəxslər alınlarındakı səcdə izi ilə xalq içində tanınırdılar. Bunların içində səmimi möminlərlə yanaşı riyakar şəxslər də var idi. İmam Əli (ə) onun əleyhinə çıxacaq şəxsləri qabaqcadan öz tərəfdarlarına tanıtdırarkən buyurmuşdu ki, uzun-uzadı səcdənin təsirindən onların alnı dəvənin dizi kimi qaysaq bağlamış olacaq. Buradan göründüyü kimi səcdənin çoxluğu və alında iz qoyması heç də həmişə insanın mömin olmasının göstəricisi sayıla bilməz. Əgər bir şəxs özünü mömin göstərmək üçün alnını qəsdən möhürə sıxmaqla alnında iz qalmasına səbəb olarsa, onun hərəkəti riyakarlıq və günah sayılar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
525 608 494 426 455 479

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.