Məzəmmət
Parçalanıb baş-bədən can sökülən o gündən
Çalxalanıb ruhumuz, halımız bərbad tamam
Guya verdilər bizə duzun şəkər yerindən
Heç şirinə bənzəmir ağzımızda dad tamam
Qismətindəki şərrin hər addımı mərazi
Sən usansan da kindən, dayanmır heç əzazil
Vətənini sevməyən aciz olur, yaxşı bil
Əzir yoldan hər ötən, gün olur fəryad tamam
Cənnət üçün ağlayan əcrə gətirmiş pənah
Sən işə bax, inancda necə tutur yer tamah?!
Əlli kərə səcdəyə baş qoyub etsən günah,
Yaxardığın o büt də eyləməz imdad tamam
Haqqı bilən bir aşiq öz nəfsini dayatmaz
İsrafilin suru da dinbazları oyatmaz
Alnıaçıq dik duran şöhrət üçün can atmaz,
Həccə gedənlər üçün hazır olur 'ad' tamam
Unudub ki, hər gələn qəbrə lüt-üryan gedir
Mənafeyi naminə fitrətdən yan gedir
Yalquzağın içində ulartısı can didir,
Xisləti meymun olan öz halına şad tamam
Susuramsa, deyirlər, dünyaya sağır gəlib,
Sanırlar ki, əzəldən dünyaya fağır gəlib
Danışsam, ürəyini qıraram ağır gəlib
Mən və mənim şairim bir-birinə yad tamam
Mirzə Lazım