HASANLY

HASANLY Xəbərlər 18-12-2023, 16:22

Rusiyada general-mayor saxlanıldı

Rusiyada general-mayor saxlanıldı
Rusiya Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin rəisi, general-mayor Oleq Boyko saxlanılıb.

İlkin məlumatlara görə, Oleq Boyko tabeliyində olan şəxslərdən yanğın təhlükəsizliyi yoxlamaları zamanı qanunsuz yolla əldə etdikləri pulun bir hissəsini onunla bölüşmələrini tələb edib. Söhbət on milyonlarla rubldan (100 minlərlə manat) gedir.

General-mayor Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə İqtisadi Təhlükəsizlik İdarəsinin əməkdaşları, İstintaq Komitəsinin və Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb və Moskvaya çatdırılacaq.

Məsələ ilə bağlı 6 ünvanda axtarışlar aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
279 282 256 293 317 235

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.