ice berg

ice berg Programlar 21-12-2023, 12:00

“WhatsApp”dan faydalı YENİLİK – İstifadəçilər söhbətləri...

“WhatsApp”dan faydalı YENİLİK – İstifadəçilər söhbətləri...
“WhatsApp” messencerində istifadəçilərə söhbətləri süzgəcdən keçirməyə imkan verən yeni funksiya təqdim olunub.

Loading.aZ xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb .

Mütəxəssislər bildiriblər ki, “WhatsApp” söhbətləri təsnif etməyə kömək edən mühüm filtrlər əlavə edib. Filtrlər söhbət siyahısının yuxarı hissəsində yerləşdirilib.

Ekspertlərin fikrincə, yeni filtrlərin siyahısına “Oxunmamış”, “Kontaktlar” və “Qruplar” dialoq qrupları daxil olacaq. Bu, müəyyən növ söhbətlərə tez daxil olmağa imkan verəcək. Məsələn, "Oxunmamış" filtri yalnız oxunmamış mesajları ehtiva edən söhbətləri, "Qruplar" isə yalnız qrup söhbətlərini göstərəcək.

Yeni funksiya beta testçiləri üçün əlçatandır və seçim yaxın gələcəkdə bütün istifadəçilər üçün əlçatan olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
411 417 400 361 367 422

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.