Sən, yaşayarkən öləcəksən

Hansı ki bu sənin dəli kimi sevdiyin insan bir gün sənə "Səni sevirəm." deyər də, sevgili olacaqsanız, izah edim nələr olacaq.
Əvvəlcə sənə səni sevdiyini söyləyəcək, sənin üçün məşğul olacaq, səni xoşbəxt edəcək, sənə sarılacaq, səni öpəcək, sənə istədiyin hər şeyi verəcək. Hədiyyələr alacaq, gəzəcək, birlikdə qəhqəhələr atacaqsınız. Sonra yemək, sonra şəkil, hər şeyi birlikdə yaşayacaqsınız. Ayaqların yerdən kəsiləcək, hər kəsə onu izah edəcəksən, hətta ondan başqa heç bir şeyi danışmayacaqsan. Onun sonsuza qədər yanında olacağını düşünüb, onun üçün hər kəsi qarşına alacaqsan. Həyatını, ondan ibarət kimi izah edəcək və yaşayacaqsan. Gözlərində itəcəksən, əllərini buraxmaq istəməyəcəksən, üşüdüyündə ona sarılacaqsan. Nə zaman nə etdiyini, mimikalarını, kirpiklərini, əllərini ağılına gələcək nə varsa bir-bir ağılına işləyəcək hamısının şəkli sxemli. Hər şey gözəl gedir deyəcəksən, sonra bir şey olacaq. Bir soyuqluq girəcək araya, bir əhəmiyyətsiz hesab etmə, bir fikir verməmə.. Və o zaman yerdən kəsdiyi ayaqlarınla çaxılacaqsan yerə. Bir şey olmayacaq bədəninə amma ürəyin parçalanacaq. Öləcəksən hər gün. Çünki o səndən sıxılmış olacaq. Çünki o səndən bezmiş, artıq başqa dadlar axtarır olacaq. Çünki o, çoxdan bir başqasıyla danışmağa başlamış, səndən xilas olmanın yolunu axtarır olacaq. Sən nə olacaqsan? Həyatına girən hər insana onun sənə etdiyi bu şərəfsizliyi ödətdirməyə çalışacaqsan. Canı yansın istəyəcəksən, sənin xoşbəxtliyini eşitsin, qəhr olsun deyə dualar edəcəksən. Onsuz xoşbəxt ola biləcəyini sübut etməyə çalışacaqsan, nifrət edə edə sevəcəksən. "Bir gün mənə gəlirsə əsla dönməyəcəyəm." yalanına özünü inandıracaq, amma həmişə gəlməsini gözləyəcəksən. Sən nə olacaqsan?
Sən, yaşayarkən öləcəksən..







