ice berg

ice berg Xəbərlər 1-01-2024, 18:00

2023-cü ildə dünya əhalisi 66 milyon nəfər artıb

2023-cü ildə dünya əhalisi 66 milyon nəfər artıb
2023-cü ildə dünya əhalisi demək olar ki, 66 milyon nəfər artıb və hazırda Yer kürəsində 8 073 859 407 nəfər yaşayır.

Loading.aZ xəbər verir ki, bu barədə Almaniyanın "Earth Population" fondu (DSW) məlumat yayıb.

Dünya əhalisinin artmasına və 2023-cü ilin sonuna qədər yeni yüksək səviyyəyə çatmasına baxmayaraq, artım tempi yavaşlamağa davam edir. Dünya əhalisi 1965-1970-ci illər arasında ən sürətlə artıb; o vaxtdan bəri, BMT-nin məlumatına görə, nisbi artım tempi demək olar ki, iki dəfə azalıb.

Bu tendensiyalar regionlar üzrə eyni deyil. DSW-nin hesablamalarına görə, Afrika 2080-ci ilə qədər 2,5 milyard insana ev sahibliyi edəcək - bu, indikindən iki dəfə çoxdur.

ABŞ Siyahıyaalma Bürosunun hesablamalarına görə, dünya əhalisi il ərzində 75 milyon nəfər artıb – 0,95 faiz.

1960-cı illərdə rekord artım templərindən sonra dünya əhalisinin 7 milyarddan 8 milyard nəfərə yüksəlməsi on iki il yarım çəkdi. ABŞ agentliyi iddia edir ki, 9 milyard həddinə çatmaq üçün 14,1 il, 9 milyarddan 10 milyarda keçmək üçün isə 16,4 il lazımdır ki, bu da 2055-ci ildə baş verə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 282 259 247 282 330

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.