KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 3-01-2024, 13:00

Türkiyədə yerli seçkilərdə 36 partiya iştirak edəcək

Türkiyədə yerli seçkilərdə 36 partiya iştirak edəcək
TRT-yə istinadla xəbər verir ki, bu barədə şuranın qərarını onun sədri Ahmet Yener açıqlayıb.
“Seçki təqvimimiz 2024-cü il yanvarın 1-dən başlayıb. Elan etdiyimiz seçki təqviminə uyğun olaraq, Ali Seçki Şurası bu gün keçirdiyi iclasında 31 mart 2024-cü il tarixində keçiriləcək yerli özünüidarəetmə orqanlarına ümumi seçkilərdə iştirak edəcək siyasi partiyaları müəyyən edib. Qərara əsasən 36 partiyanın martın 31-də keçiriləcək seçkilərdə iştirakına icazə verilib”, - deyə YSK sədri bildirib.
Qeyd edək ki, Türkiyə Ali Seçki Şurası seçkilərin keçirilməsi ilə bağlı oktyabrda qərar qəbul edib. “Resmî Gazete”də dərc olunan yenilənmiş seçki təqviminə əsasən, respublikada seçki kampaniyası yanvarın 1-dən martın 30-dək davam edəcək. Yanvarın 17-də günün sonuna kimi seçici siyahıları dəqiqləşdirilməli, seçkilərdə iştirak edən partiyalar yanvarın 20-dək öz namizədlərinin siyahılarını təqdim etməlidirlər.
Seçkilərdə əsas mübarizənin İstanbul və Ankara bələdiyyə sədrləri postları uğrunda gedəcəyi gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 229 256 229 246 293

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.