Aİ 2 milyard dollardan çox itirə bilər
Böyük Britaniya, Fransa, İspaniya və İtaliya kimi ölkələr Amerikanın “Pfizer” şirkətinin vaxtı keçmiş “Paxlovid” peyvəndləri ilə bağlı artıq təxminən 1,1 milyard dollar itirib. Fevral ayına qədər müddəti bitmiş dərmanların sayı isə 3,1 milyon kursa çatacaq.
Dərmanın həddindən artıq tədarükünün səbəbi əhalinin dərman vasitələrinə çıxışına ciddi nəzarət və bazar tələbatının həddindən artıq qiymətləndirilməsi ilə əlaqələndirilir.
“Hökumətlər yüksək effektiv antiviral dərman əldə etməkdə maraqlı idilər və bir çox naməlum amilləri nəzərə alaraq, tələbi qiymətləndirmək kimi çətin bir vəzifə ilə üzləşmişdilər”, - deyə “Airfinity” qrupunun analitiki Marko Qalloto bildirib.
Öz növbəsində, Pfizer vaxtı keçmiş koronavirus vaksinlərinin kütləvi şəkildə ləğvini pandemiyanın qaçılmaz nəticəsi adlandırıb.
Qeyd edək ki, “Politico” qəzeti dekabrın 18-də Aİ ölkələrinin vaxtı keçdiyi üçün 4 milyard avro dəyərində ən azı 215 milyon doza COVID-19 vaksini məhv etdiyini bildirib.