KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 4-01-2024, 13:03

Türkiyə Ukraynaya bağışlanan gəmilərin boğazlardan keçişinə icazə verməyəcək –

Türkiyə Ukraynaya bağışlanan gəmilərin boğazlardan keçişinə icazə verməyəcək –
Türkiyə prezidentinin kommunikasiyalar müdiriyyətinin tabeliyində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzinin Tvitterdə paylaşdığı postda deyilir.
“Türkiyə Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatını dərhal “müharibə” kimi qiymətləndirib və Montrö Boğazları Konvensiyasının 19-cu maddəsinə uyğun olaraq Boğazları döyüşən tərəflərin (Rusiya və Ukrayna) hərbi gəmiləri üçün bağlayıb.
1936-cı ildən bəri Montrö Konvensiyasını qərəzsiz və diqqətlə həyata keçirən Türkiyə Qara dənizdə gərginliyin artmasının qarşısını almaq üçün bu müharibə boyu sarsılmaz qətiyyətini və prinsipial mövqeyini qoruyub saxlayır.
Müvafiq müttəfiqlərimizə məlumat verilib ki, Böyük Britaniya tərəfindən Ukraynaya bağışlanan minatəmizləyən gəmilər müharibə davam etdiyi müddətdə Türkiyə boğazlarından Qara dənizə buraxılmayacaq”, - məlumatda deyilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
322 262 265 255 282 289

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.