Azərbaycanda prezident olmaq istəyən 16 nəfərin dosyesi
Prezident seçkilərində namizəd kimi iştirak etmək üçün bugünə kimi Mərkəzi Seçki Komissiyasına (MSK) 17 nəfər müraciət edib.
Qeyd edək ki, prezidentliyə namizəd olmaq istəyən şəxslər 2023-cü ilin dekabrın 19-dan 2024-cü il yanvarın 8-dək namizədliyin qeydə alınması ilə bağlı seçki sənədlərini və 40 min imzanı MSK-ya təqdim etməlidirlər.
MSK namizəd olmaq istəyən 17 nəfərin sənədlərini qəbul edərək onlara 40 min imza toplmaq üçün imza vərəqləri tədim edib. Bu günə kimi (3 yanvar tarixinə) imza vərəqi alanlardan yalnız 4 nəfər – indiki prezident İlham Əliyev, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc və Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev 40 min imzanı MSK-ya təqdim edib.
40 min imza təqdim edən şəxslərdən isə ancaq İlham Əliyevin prezidentliyə namizədliyi rəsmən təsdiqlənib. Digər şəxslərin namizədliyinin təsdiqlənib-təsdiqlənməyəcəyinə yanvar ayının 8-nə kimi aydınlıq gətiriləcək.