ice berg

ice berg Məşhurlar 9-01-2024, 16:00

"Vidalaşmağa hazır deyildim axı..."

"Vidalaşmağa hazır deyildim axı..."
"Vida sözüm qalıb… Bir tərəfdən istəyirəm onu da deyim, nöqtə qoyum, digər tərəfdən dilim gəlmir, nöqtə qoysam geri dönüş olmayacaq. Ayrılıqları sevmirəm axı… Ayrılıqlardan qorxuram axı… Vidalaşmağı bacarmıram… Vidalaşmağa hazır deyildim axı".

Loading.aZ xəbər verir ki, bu sözləri Əməkdar mədəniyyət işçisi Leyla Quliyeva mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşımında yazıb.

"Deyəcəksiniz ki, vidalaşmağa heç kim hazır olmur. Özü də həmişəlik vidalaşmağa… Ağırdı, Aygün xanım.. Şəkillərə baxıb, səsinizi xəyalən eşitmək, danışıqlarımızı yada salmaq çox ağırdır. Bəlkə sizdən küssəydim belə yandırmazdı? Küsməyə haqqım da var - biz belə danışmamışdlq. Qonaq gələcəkdiniz axı bizə. Düz eləmədiniz. Küsdürdünüz məni: "Tut ağacı"ndan da, həkimlərdən də, Şuşa laylasından da, "Darıxdım" sözündən də küsdüm. Barışmaq üçün gərək qucaqlaşaq. Şəkildəki kimi. Heyf ki, şəkilləri qucaqlamaq olmur. Yoxsa nə var idi ki? Hələ ki, nə əlim sizə çatır, nə boyum. Onsuz da siz həmişə yüksəkdə idiniz. İndi lap ucaldınız. Haqqa qovuşacaq qədər. Tarixə çevriləcək qədər. Yeriniz behişt olsun! Vaxtı gələr, görüşərik!" deyə, aparıcı paylaşımında əlavə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
325 338 307 283 316 295

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.