ice berg

ice berg Şeirlər 16-01-2024, 22:00

Yaşam təqvimdəki aylara bənzər

Yaşam təqvimdəki aylara bənzər
Dən salib saçıma bu həsrət artıq,
Başım qar bürümüş dağlara bənzər.
Biz vüsal tapmamış,hicranı tapdıq,
Xəyalım al-əlvan bağlara bənzər.

Nədir ki, məhəbbət? - dadmayan deyər,
Kimi də ümidlə sevgi gözləyər.
Ömürsə tez ötər, vida söyləyər,
Zaman əl çatmayan yollara bənzər.

Ümidlər cücərər, ümidlər bitməz,
Arzular çox zaman həyata yetməz.
Yaxşılar köçsə də könüldən getmez,
Yamanlar dillərdə vaylara bənzər.

Çaqqallar şəhərdə meşə salıbdır,
Dovşanlar maşallah ad,san alıbdır,
Aslanın başınnan Tülkü basıbdır,
Zolaqlı Zebralı atlara bənzər.

Həyat bir məktəbdir, imtahanı var,
Qiymətin əməllə sonda yazılar.
Kim gələr,kim gedər,kimisi qalar,
Yaşam təqvimdəki aylara bənzər.

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
404 404 359 323 356 346

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.