reklam
Burada özünü pis aparanları kəsib yeyirlər Burada özünü pis aparanları kəsib yeyirlər https://take.az/uploads/posts/2024-01/thumbs/1705611376_65a929ae912da65a929ae912db170558507065a929ae912d565a929ae912d8.jpg
ice berg

ice berg Maraqlı 19-01-2024, 09:00

Burada özünü pis aparanları kəsib yeyirlər

Burada özünü pis aparanları kəsib yeyirlər
İndoneziya cəngəlliklərində yaşayan Korovay qəbiləsinin üzvləri hələ də insan əti yeyirlər.

Loading.aZ'ın xarici mediaya istinadən xəbərinə görə, dünyanın son adamyeyən qəbiləsi olan karavaylar da insanı yeməzdən öncə müəyyən qaydalara əməl edirlər.

Hansısa bir qəza və ya qətl kimi qeyri-təbii ölümlərdən sonra qəbilə şamanı və ya həkim meyitin ətinin yeməli olub-olmadığına qərar verir, meyit haqqında hökm çıxarılır. Məsələn, ölən adam qorxunc xəstəlik, zəhərlənmə, yara-xora nəticəsində ölübsə, onu yandırırlar, əks halda “təmiz meyit” yeməli hesab olunur və qəbilə üzvləri tərəfindən yeyilir. Bəzən bu qəbilə üzvləri adamın xaxua adlı şeytan tərəfindən ruhunun ələ keçirildiyini düşünürlər.

Dəli olan, özünü qəribə aparan və anlaşılmaz xəstəlikdən ölən adamların ruhunun xaxua tərəfindən zəbt olunduğunu düşünərək mütləq şəkildə həmin adamı yeyirlər. Bununla pis ruhun başqalarına yayılmasının qarşısını aldıqlarına inanırlar.

Yer kürəsində müasir dünyanın üstünlüklərindən əl çəkib, təbiətə yaxın həyat tərzini qoruyub saxlamağa üstünlük verən 100-dən çox qəbilə var. Lakin onlardan ən təcrid olunmuşu Benqal körfəzindəki Andaman adalarında yaşayan Sentinel tayfasıdır. Bu qəbilənin insanları müasir dünyadan onlara yaxınlaşmaq istəyən hər kəsi öldürürlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
83 86 99 91 84 98

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.