Musayev

Musayev Xəbərlər 19-01-2024, 17:49

“Muğan Bank”ın ipoteka kreditləri portfeli altı banka ötürülüb

“Muğan Bank”ın ipoteka kreditləri portfeli altı banka ötürülüb
Ləğv prosesində olan “Muğan Bank” ASC-nin ipoteka kreditləri portfeli altı banka ötürülüb.

“loading.aZ”un əldə etdiyi məlumata görə, həmin banklar “Bank Respublika”, “Express Bank”, “PAŞA Bank”, “Premium Bank”, “Rabitəbank” və “Turan Bank” ASC-lərdir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı “Muğan Bank”ın lisenziyasını ötən ilin oktyabr ayında ləğv edib. Tənzimləyici qurum qərarını Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3%-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması ilə izah edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
232 191 228 180 235 208

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.