ice berg

ice berg Mətbəx 20-01-2024, 18:00

Ətsiz kotletlərin bişirilməsi – Dadlı və sağlam

Ətsiz kotletlərin bişirilməsi – Dadlı və sağlam
Əgər sağlam qidalanırsınızsa və dieta saxlayırsınızsa, yemək seçiminə diqqətlə yanaşmalısınız. Belə olan halda sevimli yeməklərinizin alternativ versiyalarından istifadə edə bilərsiniz. Belə yeməklərdən biri də kotletlərdir. Ancaq kotleti ətsiz və daha dadlı necə etmək olar?

Loading.aZ ətsiz kotletin hazırlanması reseptini təqdim edir:

Lazım olan ərzaqlar:

300 q kəsmik;
4 yumurta;
200 q yulaf kəpəyi və ya yulaf əzməsi;
Yaşıl soğan.

Bundan əlavə, yeməyi daha dadlı etmək üçün sevimli ədviyyatlarınızı əlavə edə bilərsiniz.

Yaşıl soğan cəfəri və ya digər göyərtilərlə əvəz edilə bilər. Kəsmik və yulaf yaxşıca əzilməli və qarışdırılmalıdır. Daha sonra göyərti də onun üzərinə tökülməlidir.

Alınan qarışığı yaxşıca qarışdırmaq lazımdır. Sonra ona yumurta və ədviyyatları əlavə edə bilərsiniz.

Bunları bitirdikdən sonra alınan qarışığı bir saat "dincəlməyə" qoyun. Bu müddətdən sonra kotletləri əvvəlcədən isidilmiş tavada qızartmağa davam edin.

Onları qızılı rəngə çevrilənə qədər bişirin, sonra qalan yağı çıxarmaq üçün kağız dəsmalın üzərinə qoyun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
437 425 428 334 333 331

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.