Musayev

Musayev Məşhurlar 24-01-2024, 18:24

"Sehirli xalat"ın "Rəşid"i vəfat etdi

"Sehirli xalat"ın "Rəşid"i vəfat etdi
Bu haqda Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov feysbukda məlumat yayıb. Onun sözlərinə görə, A.Qurbanov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş. 30 ildir ABŞ-də yaşayan aktyor orada dünyasını dəyişib.

Qeyd edək ki, əslən Gəncə şəhərindən olan A. Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus dilində alıb.

O, 7 yaşında “Bir məhəllədən iki nəfər” filmində debüt edib. Daha sonra “Əcnəbi qız” (1965), “Bizim oynadığımız dənizdə” (1967), ilk sovet-yuqoslav birgə filmi olan “Mavi quş, yolun açıq olsun” (1967) filmlərində rol alıb.

Ona ən böyük uğuru “Sehrli xalat” filmindəki pioner “Rəşid” obrazı gətirib. Azər rusdilli olduğundan onu Yusif Şeyxov səsləndirib.

A.Qurbanov 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı, şəxsi bizneslə məşğul olurdu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
328 391 267 260 287 302

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.