HASANLY

HASANLY Xəbərlər 25-01-2024, 13:35

Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI
Ölkə ərazisində yanvarın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Arabir duman gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
257 314 238 212 259 236

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.