Qəzəl
Dedim: -Ey gül, nə rəvadır belə fəryad eləyim¿
Dedi: -Əvvəl de nədir niyyətin imdad eləyim.
Dedim: -Artıq çəkir aləm məni məcnunə misal.
Dedi: -Leyla kimi cəhd etməmişəm ad eləyim.
Dedim: -İnsaf elə, can ver bu ölən sevgimizə
Dedi: -İsa deyiləm, möcüzə icad eləyim.
Dedim: -Dedim olmaz məni şad eyləyəsən, ey zalım¿
Dedi: -Öyrəşməmişəm aşiqi na şad eləyim.
Dedim: -Ey şah, məqam eylə könül taxtında
Dedi: -Vaxtım var o viranəni abad eləyim¿
Dedim: -Olmuş yenə könlüm quşu zülfündə əsir.
Dedi: -Bitsin ki, cəza müddəti azad eləyim.
Dedim: -Azad eləmə, yad elə aşiqi, gülüm.
Dedi: -Yad etdiyim insanı necə yad eləyim¿