reklam
Bioloqlar ilk dəfə 3D printerdə işləyən beyin toxuması çap ediblər Bioloqlar ilk dəfə 3D printerdə işləyən beyin toxuması çap ediblər https://take.az/uploads/posts/2024-02/1706955483_418937448_2108195726185499_7650429974478662225_n.jpg
HASANLY

HASANLY Texnologiya 3-02-2024, 14:19

Bioloqlar ilk dəfə 3D printerdə işləyən beyin toxuması çap ediblər

Bioloqlar ilk dəfə 3D printerdə işləyən beyin toxuması çap ediblər
ABŞ-nin Madison şəhərində yerləşən Viskonsin Universitetinin alimlər qrupu ilk dəfə olaraq 3D printerdən istifadə edərək, əsl beyin kimi böyüyə və fəaliyyət göstərə bilən insan beyin toxuması yaradıblar.

Onlar beyin hüceyrələrini daha yumşaq bir gelə yerləşdiriblər və nəticədə material kifayət qədər dözümlü alınıb, bununla belə bu neyronların birləşməsinə və siqnal mübadiləsinə imkan verir.

“Beyin qabığını və zolaqlı cismi çap etdik və aşkar etdiklərimiz olduqca heyrətamizdir. Beynin müxtəlif hissələrinə aid fərqli hüceyrələri çap etdikdə belə, onlar bir-biri ilə xüsusi və spesifik bir şəkildə danışa bilirdilər”, - deyə alimlər qeyd ediblər.
Çap olunmuş beyin toxuması Daun sindromu, Altsheymer və ya Parkinson xəstəliklərində hüceyrələr arasında siqnalın öyrənilməsi, həmçinin yeni dərmanların sınaqdan keçirilməsi üçün istifadə oluna bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
71 80 57 59 79 56

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.