reklam
Şagirdlərin qiymətləri ilə valideynlər arasında ƏLAQƏ Şagirdlərin qiymətləri ilə valideynlər arasında ƏLAQƏ https://take.az/uploads/posts/2024-02/1706989112_65ae04c77735165ae04c777352170590330365ae04c77734c65ae04c77734f.jpg
ice berg

ice berg Ana və uşaq 5-02-2024, 19:00

Şagirdlərin qiymətləri ilə valideynlər arasında ƏLAQƏ

Şagirdlərin qiymətləri ilə valideynlər arasında ƏLAQƏ

Alimlər məktəblilərin qiymətləri ilə onların valideynləri arasında əlaqə tapıblar.

Loading.aZ xarici KİV-ə istinadən xəbər verir ki, bu qənaətə Norveç Biznes Məktəbinin alimləri gəlib.

Məktəblilərin akademik göstəriciləri iki amillə əlaqələndirilib: şagirdlərin öyrənmə qabiliyyətinə inamı və valideynlərin təhsili. Tədqiqatçıların fikrincə, bu, ümumi özünə hörmətlə bağlı deyil - tələbələrin idrak qabiliyyətlərinə inamlı olması vacibdir. Adlarını çəkdikləri digər mühüm amil isə valideynlərinin, ilk növbədə analarının təhsil səviyyəsi olub.

Alimlər vəziyyətə həm zəkanın genetik komponentinin, həm də ev intellektual mühitinin formalaşmasının təsir etdiyini irəli sürüblər. Məlum olub ki, bu məsələdə ən az rolu tədrisin keyfiyyəti oynayır.

Analitikanı hazırlayarkən Norveç Biznes Məktəbinin nümayəndələri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının qlobal PISA tədqiqatında iştirak edən 79 ölkədən 600 min məktəblidən alınan məlumatlara əsaslanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
77 79 92 74 74 80

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.