Sevginin qatarı...

Yenəmi burdasan nə üçün niyə?
Evində bir nəfər gözləmir səni?
Gəlmişəm dərdləşim xatirələrlə...
Xəyalın bəs edər tək burax məni
Gəlmə gəncliyim yaşayım bir az
Gəlmə istəmirəm qayıt dön geri
Küskün baxışıma etmə etiraz
Gedəndə qoymadın barışıq yeri.
"Mən səni sevmirəm "dedin və getdin
Göz yaşım söndürdü yanan eşqimi
Məni unutmağa yaman tələsdin
Qışda çiçəkləyən ağaclar kimi..
Bir bax ətrafına soyuğu hiss et
Qaldınmı ortada dörd tərəfin qar?
"Sevgi qatarı" nı gözləmə çıx get.
Biletsiz sərnişin daşımır qatar..






