ice berg

ice berg Müxtəlif 11-02-2024, 23:00

Deyirlər ki,hər şeyin bitdiyi yerdə ümid baş qaldırar.Amma bəs ümid də bitibsə?

Deyirlər ki,hər şeyin bitdiyi yerdə ümid baş qaldırar.Amma bəs ümid də bitibsə?
Deyirlər ki,hər şeyin bitdiyi yerdə ümid baş qaldırar.Amma bəs ümid də bitibsə?
Bəzən o qədər yorulur ki insan...Nə qırğınlıq,nə inciklik,nə də küslük.Sadəcə böyük bir yorğunluq...Zaman-zaman çiynindəki yükləri özünlə sürükləyə bilmə bacarığının sənə nələrə mail olduğunu dərk etdiyində,öz alnından öpüb,"Möhkəm dayanmısan" demək gəlir adamın içindən.İnsan həyatı minlərcə xəyal qırıqlıqları,minlərcə yarım və qursaqda qalan həvəslərlə doludur.Deyirlər ki,hər şeyin bitdiyi yerdə ümid baş qaldırar.Amma bəs ümid də bitibsə? Və Sən artıq heç nǝyǝ təəccüb etmədən,heç nə üçün dirənmədən və əslində diqqətindən ayırmamalı olduqlarını belə boşa ötürürsənsə zamanla? Zaman heç nəyi sağaltmır,zaman heç nəyə çarə deyil.Zamanla keçər dediyimiz nə varsa,ömrümüz keçir,zaman keçir, amma yaralar keçmir.Heç nə keçmir,heç nə unudulmur.Arxaya çevrilib baxdığında; "etməz" dediyin kimlər varsa,tam da onların etməklərini,"getməz" dediyin kimlər varsa ilk elə onların getməklərini,"yanındayam" dediklərinin zamanla qarşında oluşlarını və aldığın ən güclü zərbələrin müəlliflərinin sənin ən yaxın bildiklərinin əsərləri olduğunu görə bilib "O belə insan deyil." deyə işlətdiyin cümlələrdən utanmağa başlayırsan.Böyüyürsən? yoxsa..?
Bəzi şeylər zaman alar.Əslində bəzi şeyləri zaman əlimizdən aldı apardı.Özümüzə minlərlə təsəlli verə bilərik,güclü,bacarıqlı və s. görünə də bilərik.Amma zamanın bizdən aldığı reallığını heç bir güc,heç bir bacarıq dəyişə bilməz.Bəzən nə gücsüzlükdən,nə də hündürlükdən... Məhz elə gücündən və içindən yıxılır adam..🖤

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
431 455 446 394 417 298

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.