HASANLY

HASANLY Xəbərlər 13-02-2024, 15:05

Prezident İlham Əliyev üç gün ərzində and içəcək

Prezident İlham Əliyev üç gün ərzində and içəcək
Yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyev üç gün ərzində and içəcək.

Loading.Az-ın Oxu.Az-a istinadən xəbərinə görə, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkisinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq üç gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında prezident seçkisinin nəticəsi təsdiqlənib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
272 238 242 220 242 234

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.