KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 17-02-2024, 16:00

Rusiyada şagirdlər naməlum toksik maddə ilə kütləvi zəhərlənirlər: Dövlət qurumları hərəkətə keçdi

Rusiyada şagirdlər naməlum toksik maddə ilə kütləvi zəhərlənirlər: Dövlət qurumları hərəkətə keçdi
Rusiyanın Kalininqrad vilayətinin Bolşakovo kəndində 20-dən çox uşaq naməlum toksik maddədən zəhərlənib.

Bu barədə Regional İstintaq Komitəsinin mətbuat xidməti xəbər yayıb.

"23 məktəbliyə tibbi yardım göstərilib, onlardan altısı (beşinci və səkkizinci sinif şagirdləri) tibb müəssisəsinə yerləşdirilib", - deyə məlumatda vurğulanıb.

Müstəntiqlər "Rospotrebnadzor" (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) mütəxəssisləri ilə birlikdə araşdırma aparırlar.

Qeyd edək ki, bir neçə gün əvvəl analoji hadisə Novokuznetskdə baş verib. Orada da məktəblərin birində 22 şagird təntənəli toplantıdan sonra özünü pis hiss edib. Uşaqlar xəstəxanaya yerləşdiriliblər. Bütün məktəblilərdə inhalyasiya yolu ilə zəhərlənmə görünüb, ancaq bunun nədən qaynaqlandığı hələlik məlum deyil.

Məktəb yeməkxanasında qida zəhərlənməsi istisna edilir, çünki həmin gün uşaqların tədbirlə əlaqədar səhər yeməyinə getməyə vaxtları olmayıb

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
278 286 211 230 251 263

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.